“Turkish Cargo” şirkətinə məxsus yük təyyarəsi təcili qəza enişi edib

18 Sentyabr 2019 06:03 (UTC+04:00)

Türk Hava Yollarının “Turkish Cargo” şirkətinə məxsus “Airbus A330-200F” tipi yük təyyarəsi təcili enişi edib.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, İstanbul Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra eniş üçün geri dönüb.

Təyyarə yanacaq çənlərini boşaltmaq üçün təxminən 3 saat İstanbul səmasında dövrə vurub. Əvvəlcə Bursaya enmək qərarı verilsə də son məqamda təyyarə Atatürk Hava Limanına enib. Bildirilir ki, qəza enişinə səbəb təyyarənin quş sürüsünə çırpılması olub.