"Volkswagen"in vurduğu xanım piyada xəstəxanada ölüb

18 Sentyabr 2019 06:40 (UTC+04:00)

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

SİA xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Volkswagen" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.