Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq

18 Sentyabr 2019 03:49 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.

SİA xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.