Bərdədə orta yaşlı kişini maşın vurub

18 Sentyabr 2019 01:02 (UTC+04:00)

Bərdə rayonunda yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Heydər Əliyev prospektində yerləşən "Park Bulvar" kompleksinin qarşısında qeydə alınıb.

"Lada-21015" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.