Əfqanıstan prezidenti Bakıya gələcək

18 Sentyabr 2019 00:17 (UTC+04:00)

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək. Bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin müstəqilliyinin 100 illiyinə həsr olunmuş rəsmi qəbulda bildirib.

O, dövlət başçısı və xarici işlər naziri Səlahəddin Rəbbaninin oktyabrın 25-26-da Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya gələcəyini qeyd edib. Diplomat sözügedən tədbirin terrorçuluqla mübarizə sahəsində beynəlxalq həmrəyliyi daha da gücləndirəcəyini də vurğulayıb.