“Son görüş” filmi Polşada

18 Sentyabr 2019 00:01 (UTC+04:00)

Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) sentyabrın 17-dən başlayaraq Azərbaycan istehsallı “Son görüş” filmini nümayiş etdirir. AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə son günlərindən bəhs edir. Film pulsuz izləniləcək.