“Mançester Siti”də zədə şoku

17 Sentyabr 2019 23:19 (UTC+04:00)

“Mançester Siti” ciddi itki ilə üzləşib. İngilis klubunun rəsmi Tvitter səhifəsində yer alan məlumatda deyilir ki, Con Stounz sıradan çıxıb. Səhər məşqində əzələsi dartılan 25 yaşlı müdafiəçinin 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Qeyd edək ki, 2016-cı ildə “Mançester Siti”də çıxış edən Stounz bu mövsüm “şəhərlilər”in heyətində 3 oyuna çıxıb.