Prezident mədəniyyət xadimlərinə fəxri adlar verdi - SƏRƏNCAM

17 Sentyabr 2019 18:12 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında
Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Allahverdiyev Vasif Kərim oğlu

Fərəcov Sərdar Fərəculla oğlu

“Əməkdar incəsənət xadimi”

Xalıqzadə Fəttah Xalıq oğlu

Rəcəbov Oqtay Məmmədağa oğlu

“Əməkdar artist”

Butenko İqor Leonidoviç

Pyatkin Nikolay Aleksandroviç

“Əməkdar müəllim”

Göyçayskaya Səidə Oqtay qızı

Hüseynova Rüxsarə Hüseyn qızı

Yaqubova Nazilə Mir Teymur qızı.

“Tərəqqi” medalı:

Dadaşova Natalya Konstantinovna

Hüseynova Sevda Əli qızı

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədova Aliyə Tariyel qızı

Zahid Azad Vasif oğlu.