Əhalinin gəliri 8 ayda 36,8 milyard manat olub

17 Sentyabr 2019 17:59 (UTC+04:00)

İlkin məlumatlara görə, yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 3 min 727,8 manat gəlir düşüb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.