Ermənistan hakimiyyətində parçalanma: müxalifətə keçənlər var

17 Sentyabr 2019 16:19 (UTC+04:00)

Artur Vanetsyanın istefası, şübhəsiz ki, hakimiyyətin reytinqini aşağı salacaq, çünki baş nazirin mətbuat katibinin açıqlamaları və Artur Vanesyanın istefasının məzmunu hökumətlə Baş nazir arasında əslində fikir ayrılıqlarının olduğunu təsdiqləyir. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Robert Qevondyan "First News"a müsahibəsində deyib.

“Bəli, bu proses fikir ayrılıqlarının olduğunu göstərdi. Bunlar bəzi daxili və xarici problemlərə yanaşma da ola bilər. Bu, əlbəttə ki, hökumətin bütövlüyünün qorunması baxımından risklidir, lakin digər tərəfdən qeyd etmək lazımdır ki, bu gün hökumətin ciddi müxalifəti yoxdur. Ermənistanın mövcud müxalifəti cəmiyyətin tab gətirməyən və eyni zamanda yeni hakimiyyətlə fikir ayrılıqları yaradan bir hissəsini səfərbər etmək iqtidarında deyil. Qeyd etmək lazımdır ki, hakimiyyətin bu bölgüsünün hakimiyyətin özündə də müxalifətin yaranmasına səbəb olma ehtimalı böyükdür”, deyə politoloq bildirib.

Robert Qevondyan hesab edir ki, siyasi sferada müəyyən bir bölgü olacaq. Onun fikrincə, hökumətyönlü qüvvələr arasında belə Vanetsyan müəyyən bir yerə sahibdir. Politoloq hətta düşünür ki, zaman keçdikcə hakimiyyət ilə fikir ayrılıqları qaçılmazdır. Bu fikir ayrılıqları isə Ermənistan hakimiyyətinin öz daxilində müxalifət yaranacağını təsdiq edir ki, əslində Paşinyan hakimiyyətini də narahat edən elə budur.