Minifutbol üzrə “Xalqlar dostluğu” Kuboku keçiriləcək

17 Sentyabr 2019 15:44 (UTC+04:00)

Tümen vilayətinin milli təşkilatları arasında “Xalqlar dostluğu” Kuboku uğrunda minifutbol üzrə şəhər turniri sentyabrın 28-29-da təşkil olunacaq. Oyunlar Tümen Sənaye Universitetinin bazasında keçiriləcək. Bu barədə gənclər siyasəti və idman üzrə şəhər departamenti bildirir.

SİA-nın məlumatına görə, “Xalqlar dostluğu” Kuboku uğrunda Azərbaycan, Tacikistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin təmsilçiləri mübarizə aparacaq. Yarışlarda 16 yaş və ondan yuxarı idmançılar iştirak edəcəklər.