İbrahimovç yeni rekorda imza atıb

17 Sentyabr 2019 01:14 (UTC+04:00)

“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimovç yeni rekorda imza atıb. İsveçli forvardın rekordu MLS liqasının 25-ci turunda “Sportinq Kanzas Siti”ni məğlub etdikləri (7:2) görüşdə qeydə alınıb. Matçda het-trik edən 38 yaşlı futbolçu mövsümdəki qollarının sayını 26-ya çatdırıb. Zlatan bununla da, “Los Anceles Qalaksi”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu adına yiyilənib.

Qeyd edək ki, İbrahimoviçdən əvvəl bu rekord Karlos Ruisə aid idi. Ruis 2002-ci ildə bir mövsümdə 24 qol vurmuşdu.