Macarıstanlı gimnast: "Tamaşaçıların dəstəyi çox yaxşı idi"

17 Sentyabr 2019 00:13 (UTC+04:00)

Burada rəqiblər çoxdur, ona görə auditoriyanın dəstəyi çox yaxşı idi. Bunu Trend-ə Macarıstan gimnastı Fanni Piqnitski deyib. O bildirib ki, ikinci hərəkətdən sonra özünü daha inamlı hiss edib: “Öz proqramımı daha artistik yerinə yetirdim”.

Gimnast bildirib ki, Azərbaycanda keçirilən yarışlarda ilk iştirakı deyil: “Mən burada beşinci dəfədir ki, iştirak edirəm. Qalib gəlmək üçün əlimdən gələni etməyə çalışacağam”.