Azərbaycanda 3 mindən çox türk şirkəti hazırda fəaliyyət göstərir

16 Sentyabr 2019 21:33 (UTC+04:00)

Ölkəmizdə 3 mindən çox Türkiyə kapitallı şirkət hazırda fəaliyyət göstərir. SİA xəbər verir ki, sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, ölkəmizdə həyata keçirilən 300-dək layihədə Türkiyə şirkətləri podratçı qismində iştirak edirlər və ölkəmizə bu şirkətlər 12,2 milyard dollar investisiya yatırıb. Şahin Mustafayev onu da nəzərə çatdırıb ki, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyub.