Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi ilk 7 ayda 33 faiz artıb

16 Sentyabr 2019 21:32 (UTC+04:00)

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi bu ilin 7 ayında 33 faiz artaraq 2,3 milyard dollar təşkil edib. SİA xəbər verir ki, sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir ötən ildə isə ölkələrimiz arasında ticarət dövriyyəsinin 28 faiz artaraq 3,4 milyard dollar olduğunu qeyd edib.