Messi almanlara qarşı oynayacaq?

16 Sentyabr 2019 23:14 (UTC+04:00)

"Barselona"nın futbolçusu Lionel Messi zədəsini sağaldıb. Klubun saytında yer alan məlumatda deyilir ki, argentinalı hücumçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Borussiya" (Dortmund) ilə matçda oynamağa hazır olduğu bildirilib. Onun adı sözügedən görüş üçün heyətə daxil edilib. Xatırladaq ki, "Borussiya" - "Barselona" qarşılaşması sabah keçiriləcək.