İki tayfa arasında silahlı insident baş verib

16 Sentyabr 2019 16:34 (UTC+04:00)

İranın Həmədan vilayətində kəndlərdən birində 2 tayfa arasında silahlı insident baş verib. SİA-nın məlumatına görə, bunu rayonun hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Baqir Solqi deyib.

M.Solqinin sözlərinə görə, insident nəticəsində hər tayfadan bir nəfər ov silahı ilə qətlə yetirilib.

Dava torpaq üstündə baş verib. Hadisə ilə əlaqədar hər iki tərəfdən 11 nəfər saxlanılıb.

Kənddə hadisə ilə əlaqədar tədbirlər gücləndirilib.