Yunan-Roma güləşçilərimiz çempionatı lisenziyasız başa vurublar

16 Sentyabr 2019 16:31 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında çıxışlarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmadan başa vurublar. SİA-nın məlumatına görə, bu növ üzrə pəhləvanların heç biri 6 olimpiya çəki dərəcəsində ilk "6-lığ"a düşə bilməyib.

Qeyri-olimpiya çəkilərində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.