Azərbaycan millisi komanda hesabında beşinci yerdədir

16 Sentyabr 2019 15:58 (UTC+04:00)

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində A qrupundakı çıxışlara yekun vurulub.

SİA-nın məlumatına görə, A qrupunda iki gimnastımız - Zöhrə Ağamirova və Veronika Qudis çıxış edib. Yığmamızın üzvləri Z.Ağamirova 19,000 xalla beşinci, V.Qudis isə 16,950 xalla 16-cı yerdə qərarlaşıblar.

Azərbaycan komanda hesabında 35,950 xalla beşinci pillədədir. Komanda sıralamasında Ukrayna 41,450 xalla birinci, Belarus 40,200 xalla ikinci, Çin isə 37,400 xalla üçüncü pillədə yer alıblar.