“Bu inqilab deyil, deqradasiyadır, təhrifdir” MİNASYAN

16 Sentyabr 2019 14:45 (UTC+04:00)

“Daşnaksyutun” təmsilçisi Artsvik Minasyan Nikol Paşinyanın “iqtisadi inqilab” iddiasınə şərh edərkən deyib ki, iqtisadi tərəqqidən danışarkən, inqilab sözünü unutmaq lazımdır. SİA xəbər verir ki, o, bu barədə Ermənistanın aysor.am saytına açıqlamasında deyib. Minasyanın sözlərinə görə, belə ki, inqilab iqtisadi inkişafa və investisiyaların qoyuluşuna olan ən böyük maneədir. “Bu inqilab deyil, bilmirəm bu nədir, demək mümkündür ki, deqradasiyadır, təhrifdir, lakin heç bir halda iqtisadi tərəqqi deyil”, daşnak təmsilçi qeyd edib.

O, eyni zamanda mövcud vəziyyətdə Amulsar mədəninin istismarının da mümkünsüz olduğunu bildirib artıq həmin məsələ ümummilli məsələyə çevrilib və mədənin istismarı üçün referendum keçirilməlidir. “Son qərar referendumu nəticəsində verilməlidir”, A.Minasyan deyib.