Daxili işlər nazirindən yeni təyinat

16 Sentyabr 2019 13:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. SİA-nın verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Məsim Adıgözəlov Qax Rayon Polis Şöbəsinin xidmət üzrə müavini təyin olunub.

O, əvvəllər Qax RPŞ-də işləyib.