Hərbi Prokurorluğun xidmət rəhbəri təltif edildi

16 Sentyabr 2019 12:46 (UTC+04:00)

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təltif edilib.

SİA-nın məlumatına görə, F.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Medal F.Əliyevə təqdim edilib.

Bu yüksək təltiflə bağlı Firad Əliyevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2005-ci ildən isə prokurorluq orqanlarında xidmət edir.