Məşhur aktrisa xəstəxanaya yerləşdirildi FOTO

16 Sentyabr 2019 10:39 (UTC+04:00)

Aktrisa Fatma Girik xəstəxanaya aparılıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, yeriməkdə çətinlik çəkən sənətçini Ankaraya aparıblar. Həkim Girikə 4 həftə müalicə almağı məsləhət görüb.

Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib.