Rusiyanın Suxobuzimsk rayonunda (Kresnoyars diyarı) sərnişin avtobusu dərəyə aşıb. SİA-nın verdiyi məlumata görə, avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.