“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris klinikasında müalicə aldıqdan sonra Fransanı tərk edib.
SİA xəbər verir ki, bu barədə “BFMTV” telekanalının efirində “Le Parisien” qəzetinin jurnalisti Jan-Mişel Dekyuji bildirb.
“Şumaxer 9 sentyabrda bazar ertəsi günü Parisə gətirilib. Çərşənbə axşamı günü tibbi müayinələrdən keçib və cümə axşamı günü gecə vaxtı Fransadan aparılıb”, - Dekyuji belə deyib.
Onun bildirdiyinə görə, keçmiş yarışçıya kök hüceyrələrinin əlavə olunduğu qan köçürülüb.
Rəsmi olaraq, müalicə kursu ilə bağlı hər hansı bir məlumat verilməyib.