Eldəniz Əzizli güləş üzrə dünya çempionatında bürünc medal qazanıb

15 Sentyabr 2019 18:18 (UTC+04:00)

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.

SİA xəbər verir ki, 55 kq çəkidə mübarizə aparan idmançımız ABŞ təmsilçisi Maks Emilyano Nurinlə qarşılaşıb.

Rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib (8:0) Əzizli bürünc medal qazanıb.