ABŞ-da naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb

15 Sentyabr 2019 06:04 (UTC+04:00)

ABŞ-ın Sietl şəhərində atışma nəticəsində bir nəfər həlak olub.

A "CNN" telekanalına istinadən xəbər verir ki, naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Atəş açan şəxs polis tərəfindən axtarılır. Hadisənin motivləri hələlik məlum deyil.