“Aş-Şabab” qruplaşmasının silahlıları Somalidə səkkiz məmuru qətlə yetirib

15 Sentyabr 2019 03:14 (UTC+04:00)

“Aş-Şabab” qruplaşmasının silahlıları Somalidə səkkiz məmuru qətlə yetirib.

SİA xəbər verir ki, Bloomberg agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, Orta Şabelle əyalətinin qubernatoru və avtomobildə onunla birgə olan daha dörd məmur yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.

Eyni gündə Keniya ilə sərhəddə yerləşən Beled-Xavo şəhərində rayon administrasiyasının üç əməkdaşı öz evlərində tutularaq öldürülüb.

Hər iki hücumun məsuliyyətini “Aş-Şabab” qruplaşması üzərinə götürüb.