“Mançester Siti” cari mövsümdə ilk məğlubiyyətini alıb

14 Sentyabr 2019 23:36 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb.

SİA xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. Hesabı 18-ci dəqiqədə “Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.

İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.

Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.