Bakıda minik avtomobili yanıb

14 Sentyabr 2019 09:50 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhərin Sabunçu rayonunda "Changan" markalı minik avtomoblinin salonu və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.