YAP-ın nümayəndə heyəti Çin səddində

13 Sentyabr 2019 17:08 (UTC+04:00)

Cin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin 20 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu gün dünyaca məhşur, bəşər tarixinin 7 möcüzəsindən biri olan Çin səddinə ekskurs ediblər. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri sədd üzərində Azərbaycanın və YAP-ın bayraqlarını dalğalandırıblar.

Xatırladaq ki, Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəblinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 11-17 tarixləri arasında Çində səfərdə olacaqdır.