Birinci vitse-prezident Kürdəxanıda məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOLAR

13 Sentyabr 2019 16:38 (UTC+04:00)

Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.