Tovuz rayon sakininin qətli araşdırılır

13 Sentyabr 2019 15:38 (UTC+04:00)

Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Bunu SİA-ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.