Burak Özçivit yeni serialda

13 Sentyabr 2019 10:41 (UTC+04:00)

“Diriliş Osman” serialı ilə ekranlara dönən Burak Özçivitin alacağı məbləğ bəlli olub.

SİA-nın türk mətbuatına istinadən məlumatına görə, TV8-də yayımlanan “Gel konuşalım” proqramında onun hər bölüm üçün 325 min lirə (təxminən, 97 min 800 manat) alacağı bildirilib.

Yəni, Özçivitin aylıq gəliri 1,3 milyon lirə olacaq.

Qeyd edək ki, “Diriliş Osman” ATV-də yayımlanacaq. Burakın partnyoru isə aktrisa Aslıhan Karalardır.