UEFA: “Qarabağ" azarkeşləri Avropada birincidir

12 Sentyabr 2019 20:31 (UTC+04:00)

UEFA avrokubokların 2019-2020 mövsümündə qrup mərhələsində mübarizə aparacaq klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində ən aktiv azarkeşləri olan klubları açıqlayıb. Qurumun saytında yer alan məlumatda qeyd olunur ki, bu göstəricidə "Qarabağ" azarkeşləri birincidir. Avroliqanın qrup mərhələsində yarışacaq Ağdam klubunun izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiyanın “Srvena Zvezda” kubudur. Hollandiya “Ayaks”ı isə (21.5)3-cü sıradadır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub Madrid “Real"ıdır. İspaniya təmsilçisinin 222 milyon izləyicisi var. Qeyd edək ki, hesabat hazırlanarkən, “Feysbuk”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.