Azərbaycan bu “seçkilər”i tanımır

12 Sentyabr 2019 18:42 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. SİA xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”lə bağlı şərhində yer alıb. “Buna görə də Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”, - deyə XİN rəsmisi qeyd edib.