Arif Məmmədov – nacinslik simvolu ANALİTİK + FOTOLAR

12 Sentyabr 2019 16:55 (UTC+04:00)

Və ya Jame Mama çevrilmiş Cəmil Məmmədov adlı irqçi gədası

Tez-tez Qənimət Zahidin “Azərbaycan saatı”na və ya Sevinc Osmanqızının canlı yayımlarına çıxaraq ağzına və ağlına gələn əfsanələri zorla ictimaiyyətə sırımağa çalışan sabiq diplomat Arif Məmmədovun keçmişi ilə bu günü arasında dağlar qədər fərq var desək, heç də yanılmarıq. Ona görə yanılmarıq ki, zamanında Azərbaycan hakimiyyəti ona müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda – AŞPA-da, ATƏT-də, İƏT-də dövləti təmsil etmək imkanı yaratmışdı və o, uzun illər bu iqtidarın çörəyini yeyib, suyunu içərək, xarici ölkələrdə diplomat statusu altında yaşamını təmin edirdi. Amma sonra nə oldu? Arif Məmmədov anidən Qərbdə fəaliyyət göstərən və birbaşa erməni lobbisinin maddi dəstəyi ilə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli siyasi çevrələrin əlaltısına çevrilərək dönüb oldu Azərbaycan dövlətinin və xalqının düşməni. Çünki o, dövlətinin ona verdiyi çörəyi ayaq altına ataraq, düşmən çörəyini daha üstün tutdu. Yumşaq ifadə etsək, demə A.Məmmədovun çörəyi elə dizinin üstündəymiş, hər ayağa qalxanda düşürmüş ayaqlar altına...

Avropalıları normal, azərbaycanlıları isə anormal hesab edən satqın!

Maraqlıdır ki, hələ diplomatik korpusda işləyərkən həmin bu A.Məmmədov Vətənində, xalqı arasında yaşamağı özünə qəbahət bilmişdi. Daha doğrusu, bir neçə günlük Bakıya, Azərbaycana gələrkən bu cür fikir bildirmişdi. SİTAT: “Təxminən 20 ildir Avropada normal adamlar sırasındayam... 3 gün Bakıda oldum və artıq qocaldım...”. Gördüyümüz kimi, bu nacinslik nümunəsi hələ səfir işlədiyi vaxtlardan bu millətə, bu xalqa aşkar qənimə, düşmənə çevrilmişdi – avropalıları normal, azərbaycanlıları isə anormal hesab edirmiş satqınlıq simvolu. Məgər bundan da artıq sübuta ehtiyac varmı???

Demə, satqınçılıq, xəyanət dədə-balanın qanlarına hopubmuş...

Yeri gəlmişkən, həmin bu A.Məmmədovun oğlu Cəmil Məmmədov da birbaşa nacins dədəsinin nacins oğlu kimi bir sıra davranışları ilə yadda qalıb. İlk başdan deyək ki, A.Məmmədov hələ vəzifələrdə olarkən, oğlu Avropada, ABŞ-da kef edirdi, özü də fransız adı altında – Jame Mam ləqəbi ilə - öz millətinin adından, soyadından imtina edən gəda olaraq! Demə, satqınçılıq, xəyanət dədə-balanın qanlarına hopubmuş...

O cümlədən, məlum olub ki, həmin bu keçmiş C.Məmmədov və hazırkı Jame Mam adlı A.Məmmədovun oğlu həm də irqçiymiş, özü də xalisindən. Elə isə, onun atası A.Məmmədovun vəzifədə olduğu illərdəki statuslarını dəyərli oxucularımızın diqqətinə çatdırıram.

* "Sarsaq, murdar, yaramaz belçikalılar məni hirsləndirdilər! Ölkəni sarsaqlıq və axmaqlıq ikiyə bölünüb. Belçikalılar o qədər irqçidirlər ki, ölkələrini Fransa, ABŞ və Çin kimi qüdrətli dövlət hesab edirlər".

* "Holland və flamand dilləri ən murdar, ən eybəcər, ən iyrənc dillərdir", "İsraili lənətə gəlsin! İsrail şərdir!", "Netanyahu irqçi liderdir!", "Donald Trampın sifətinə əla şapalaq vurardım" yazan "Jame" Məmmədov həm də əylənməyi, kef çəkməyi sevir.

* "Bu gün Audi 8-də qızlarla kef etdim", "Qızların bakirəliklərini itirdiyi anı sevirəm", "Səhərədək qızla yataqda oynadıq"

Göründüyü kimi, bütün bu ifadələr Q.Zahidin və s. sosial şəbəkələrdə canlı yayıma çıxaraq, qrantyeyənliklə məşğul olan digər milli xəyanətkarların verlişlərində boğazını yırtıb, “haqdan”, “ədalətdən”, “demokratiyadan”, “humanizmdən” dəm vuran A.Məmmədovun dost-doğmağa oğlu – Lame Mam ləqəbli C.Məmmədovun fikirləridir. Bir halda ki, dəsə öz balasına normal ağıl, tərbiyə, davranış qaydaları öyrədə bilməyibsə, həmin şəxsin canlı yayımlara çıxaraq boğaz yırtmasını necə anlamaq olar? Əlbəttə ki, heç cür. Anlayış budur ki, A.Məmmədov nacins olaraq oğlunun, nacins oğlu isə onun tayıdır.

Sonda isə belə bir nəticəyə gəlmək olar – bu gün yalnız A.Məmmədovun gül balası deyil, elə digərlərinin də uşaqları Avropada hansı oyunbazlıqlardan desən çıxırlar. Yəqin ki, mətbuatda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin gül balası Türkel Kərimlinin çoxsaylı fotolarını yenidən xatırlatmağa da ehtiyac yoxdur. Nə çoxdur onun “kayf” tutduğu, gey və fahişələrlə birgə keçirdiyi gecə partilərinin şəkilləri. Təki “Google”nin canı sağ olsun...

Rövşən NURƏDDİNOĞLU