"Səbail" Avropa Liqasının debütantları sırasında yer alıb

12 Sentyabr 2019 15:45 (UTC+04:00)

2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, bunların arasında Azərbaycan təmsilçisi "Səbail" də yer alıb.

"10-luğ"a "Yeni Malatyaspor" (Türkiyə), “Vitebsk” (Belarus), “Jalgiris” (Kaunas, Litva), “RFS Riqa” (Latviya), "Sperantsa" (Moldova), "Akademiya Pandev" (Şimali Makedoniya), "Legiya" (Polşa), "Arsenal" (Tula, Rusiya) və "Mura" (Sloveniya) da düşüb.

Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar “Saburtalo” (Gürcüstan), "Atalanta" (İtaliya), "Feronikeli" (Kosovo), "Riqa" (Latviya), "Pyast" (Polşa), "Krasnodar" (Rusiya) və "Ararat (Ermənistan) komandalarıdır.

Qeyd edək ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.