Messi Ronaldunun nahar dəvətinə cavab verib

12 Sentyabr 2019 15:23 (UTC+04:00)

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi onunla nahar etməyə hazır olduğunu bildirən İtaliya "Yuventus"unun oyunçusu Kriştianu Ronaldunun sözlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, 32 yaşlı argentinalı forvard bunun üçün problem olmadığını söyləyib.

"Həmişə demişəm ki, Ronaldu ilə problemim yoxdur və komanda yoldaşı olmadığımız üçün yaxın dost deyilik. Onunla adətən tədbirlərdə görüşürük. Həmin mərasimlərin sonlarında çoxlu söhbət edir və həmişəkindən daha yaxın oluruq. Birgə şam yeməyinin olub-olmayacağını bilmirəm. Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var. Ancaq bu, baş verərsə, heç bir problem yoxdur" deyə Messi vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu UEFA-nın 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırdığı mərasimdə Lionel Messi ilə nahar etməyə hazır olduğunu açıqlayıb.