Türkiyədə zəlzələ - Sakinlər təşvişə düşdü

12 Sentyabr 2019 14:33 (UTC+04:00)

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.