Paralimpiyaçımız dünya çempionatında ikinci medalını qazanıb

12 Sentyabr 2019 14:21 (UTC+04:00)

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Roman Saleh Londonda keçirilən dünya çempionatında ikinci medalını qazanıb. SİA-nın məlumatına görə, idmançımız üzgüçülüyün sərbəst növündə 50 metr məsafəyə üzmə yarışında 24,32 saniyə nəticə ilə bürünc medala sahib olub.

Yarışda ilk iki pillədə Ukrayna təmsilçiləri yer alıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan təmsilçisi dünya çempionatında arxasıüstə üzgüçülük yarışlarında ikinci yeri tutaraq “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.