Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir YENİLƏNİR

12 Sentyabr 2019 10:04 (UTC+04:00)

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.

Toplantıda Azərbaycan rəsmiləri, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edirlər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər. Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin. ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.