NATO: "Türkiyə bizim üçün çox önəmlidir"

11 Sentyabr 2019 23:04 (UTC+04:00)

"Türkiyə terrorla mübarizədə keçmişdə də, indi də çox önəmli bir müttəfiqdir." Bu sözləri NATO Baş katibi Yens Stoltenberq 18 il öncə Nyu Yorkda baş verən teraktla bağlı keçirilən mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Stoltenberq Türkiyənin Əfqanıstanda terrorizmlə mübarizədə qabaqcıl ölkələrdən biri olduğunu, bu gün də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə də telefon danışığı apardığını və Əfqanıstandakı durumu gündəmə gətirdiklərini deyib.