Misirdə yol qəzası baş verib

11 Sentyabr 2019 22:02 (UTC+04:00)

Misirin paytaxtı Qahirə şəhərinin Gizə rayonunda sərnişin mikroavtobusunun körpüdən aşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb. “Report” “Al-Masry Al-Youm”a istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisəyə dair araşdırma aparılır.