Kürdəmirdə 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb

11 Sentyabr 2019 20:19 (UTC+04:00)

Kürdəmir rayonunda 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qağacılı kənd sakini, 2012-ci il təvəllüdlü Xəlilov Aqşin Füzuli oğlu həyətyanı sahədə oynayarkən yıxılıb.

Azyaşlı sol bazu sümüyünün qapalı yerdəyişmə sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.