Asim Xudiyev təyinat alıb

11 Sentyabr 2019 17:34 (UTC+04:00)

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb. SİA-nın məlumatına görə, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin oktyabrın 8-də, Şimkent şəhərində keçiriləcək Qazaxıstan-Fransa oyununun hakim-inspektoru olacaq.