Konqresdə 150-yə yaxın mühazirə oxunacaq

11 Sentyabr 2019 14:10 (UTC+04:00)

"Bu gün öz işinə start verən XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə apardıqları fikir mübadiləsinin praktikalarına tətbiq edilməsinə nail olmaqdır''.
SİA xəbər verir ki, bunu, bu günkü konqresdə Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri professoru, konqresin sədri Rauf Ağayev deyib.
Onun sözlərinə görə, hər il müxtəlif ölkələrdə Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyəti bu cür konqreslər keçirir.
''Konqresdə 20-dən çox ölkədən mütəxəssislər iştirak edir. Azərbaycan 1996-cı ildən Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin üzvüdür və ilk konqres Azərbaycanda 1997-ci ildə keçirilib. Builki konqres də akademik Böyükkişi Ağayevə həsr edilib. Üç gün ərzində konqresdə 150-yə yaxın mühazirə və elmi çıxışlar dinlənilcək", deyə Rauf Ağayev bildirib.
R.Ağayev konqresdə qaraciyər transplantasiyasına aid olan böyük çıxış olacağını xüsusilə vurğulayıb.
''Avstraliya, Amerika və Türkiyədən gələn mütəxəssislər öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, hepatit virusu, ürək-damar cərrahiyyəsi kimi dünyada ən aktual problemlər barədə də çıxışlar nəzərdə tutulub'', deyə akademik diqqətə çatdırıb.