11 sentyabr hadisələrindən 18 il ötür

11 Sentyabr 2019 09:46 (UTC+04:00)

2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 18 il ötür. SİA-nın verdiyi məlumata görə, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Yerli vaxtla saat 08:46-da "Amerikan Airlayns" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Həmin qüllələr təyyarə hücumuna qarşı davam gətirmək üçün kifayət qədər möhkəm tikilib. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağılıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Ben Laden və Əl-Qaidə təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan edib.

Federal Təhqiqat Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib edib. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlaşdırııb.

Hər il olduğu kimi, bu il də anım mərasim Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.