Kabil şəhərində partlayış baş verib

11 Sentyabr 2019 09:03 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış törədilib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışdan sonra işə düşən siqnalizasiyanın səsi yaxınlıqdakı rayonlardan da eşidilib.

İlkin məlumata görə, partlayış zamanı bir neçə nəfər xəsarət alıb.