Yunanıstanda avqust ayı ərzində 1571 yanğın hadisəsi baş verib

11 Sentyabr 2019 07:14 (UTC+04:00)

Yunanıstanda avqust ayında 1571 yanğın hadisəsi baş verib ki, bu da ötən illə müqayisədə azdır. Bu ilin əvvəlindən avqustun sonunadək isə ölkədə 9150 yanğın qeydə alınıb. Nəticədə meşə massivlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib. Ən çox yanğınlara məruz qalan Evbeya regionu olub.

Qeyd edək ki, hər il ölkə yanğınlarla mübarizə etsə də, qəsdən törədilən yanğınların tam qarşısını ala bilmir.